334eb315-e09d-4aba-ad99-399f6e75adbb..jpg

Ötən il ən çox qol vuran müdafiəçilərin siyahısı AÇIQLANIB

Baxış sayı: 425 dəfə baxılıb.

Ötən il ən çox qol vuran müdafiəçilərin siyahısı AÇIQLANIB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə
ən çox qol vuran müdafiəçilərin siyahısını dərc edib.

“Report” IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, Şotlandiyanın
“Reyncers” komandasından Ceyms Tavernye birinci pillədə qərarlaşıb.

32 yaşlı oyunçu ötən il 26 dəfə rəqib qapılarına yol tapıb. Qollardan 14-ü
penaltidən gerçəkləşib.

Kuk adalarının “Vellinqton Olimpik” klubundan Benjamin Mata 21 qolla (17
penalti) ikinci, Çexiya “Sparta”sından Ladislav Kreyçiy 20 qolla (9 penalti)
üçüncü olub.

Source link