72738205-fa9b-416a-9779-77bf0442ff47..jpg

Ötən il 71 nəfərin Azərbaycana ekstradisiyasından imtina edilib

Baxış sayı: 1. 240 dəfə baxılıb.

Ötən il 71 nəfərin Azərbaycana ekstradisiyasından imtina edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il 45 şəxs Azərbaycana ekstradisiya olunub.

Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks
olunub.

Bildirilib ki, həmin müddətdə MDB ölkələrinin ərazisində törətdikləri cinayət
əməllərinə görə təqsirləndirilərək, beynəlxalq axtarışı elan edilib və
Azərbaycan ərazisində müəyyən edilmiş 100 şəxs barəsində istintaq orqanlarından
müvafiq vəsatətlər daxil olub, onlardan 17-si təmin edilib, 71 şəxsin
verilməsindən imtina edilib, 4 vəsatət geri götürülüb, 8 vəsatət isə növbəti
hesabat ilinə qalıq qalıb.

Bundan başqa, keçən il Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan
5, Polşadan 2, Belarusdan 4, Almaniyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1
şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycana ekstradisiya olunması təmin
edilib.

Hesabat dövründə həmçinin Rusiyaya 11, Özbəkistana 5, Hindistana 1 və
Türkiyəyə 1 nəfər olmaqla, cəmi 18 şəxsin Azərbaycandan ekstradisiyası təmin
olunub.

Source link