cc84a2b4-4b16-4081-a516-a9b3e97c5e28..jpg

Ötən il Almaniyada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Baxış sayı: 4. 086 dəfə baxılıb.

Ötən il Almaniyada sığınacaq alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2022-ci ildə Almaniyaya gələrək, bu ölkədən sığınacaq alan Azərbaycan
Respublikası vətəndaşlarının sayı məlum olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) sözçüsü
Saskia Geltenpot “Report”un Avropa bürosuna açıqlamasında bildirib ki, ötən il
Azərbaycan vətəndaşları tərəfindən daxil olan ilkin müraciət ərizələrindən cəmi
67-sinə müsbət cavab verilib.

Həmin şəxslər rəsmi Berlinin tərəfdaşı olduğu Cenevrə Qaçqınlar Konvensiyasına
uyğun olaraq Almaniyada yaşamaq hüququ əldə ediblər.

BAMF rəsmisi xatırladıb ki, 2022-ci ildə müxtəlif xarici ölkə vətəndaşları
tərəfindən federal idarəyə ümumilikdə 217 774 ərizə daxil olub. Müraciət
edənlər bu ölkədən sığınacaq istəyiblər.

Source link