a8345382-7cd8-4ce7-aebb-2754e208d3aa..jpg

Ötən il Azərbaycanda 800 kilometrdən çox yol təmir edilib – CANLI YAYIM

Baxış sayı: 688 dəfə baxılıb.

Ötən il Azərbaycanda 800 kilometrdən çox yol təmir edilib – CANLI YAYIM

2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən
803,5 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən
qurulub və təmir edilib.

“Report” xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov
işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və
2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə
bildirib.

“Yenidən qurulmuş və təmir edilmiş yolların 234,3 kilometri respublika
əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakının
yollarıdır”,- deyə S.Məmmədov bildirib.


Source link