6cf45d11-8a5c-402b-8c9a-c60557ec592d..jpg

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi AÇIQLANDI

Baxış sayı: 558 dəfə baxılıb.

Ötən il Azərbaycanda nağdsız ödənişlərin həcmi AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü il ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız
ödənişlərin həcmi 48 978 milyon manat təşkil edib.

“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatı əsasında apardığı
hesablamalara görə, həyata keçirilən nağdsız ödənişlərin 39 115 milyon manatı
elektron ticarətin payına düşüb. Qalan məbləğin 9 784 milyon manatı
POS-terminallar, 70.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə
gerçəkləşib.

Ötən il ölkədaxili nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə,
elektron ticarətin həcmi 2.1 dəfə, POS-terminallarla ödənişin həcmi isə 68.6%
artıb. Belə ki, 2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili
nağdsız ödənişlərin həcmi 24 170.5 milyon manat, elektron ticarətin həcmi 18
333 milyon manat, POS-terminallarla ödənişin həcmi isə 5 801 milyon manat
təşkil edib.

Qeyd edək ki, 2024-cü il yanvar ayının 1-nə banklar və “Azərpoçt” MMC
sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki illə müayisədə
24.2% artaraq 16 milyon 925 min ədəd təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda rezident maliyyə institutlarının
emissiya etdiyi ödəniş kartları vasitəsilə 85 milyard 696.6 milyon manatlıq
əməliyyatlar həyata keçirilib.

Source link