Ötən il Azərbaycanda xarici bank kartları ilə xərclənən məbləğ açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən il Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər
qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2
194 milyon manat əməliyyat aparılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 1,8% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabr ayında 202,8 milyon manat dəyərində əməliyyat
aparılıb ki, bu da əvvəlki ilin dekabr ayı ilə müqayisədə 6,5% çoxdur.