Ötən il mobil operatorların əldə etdikləri gəlir açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən
2023-cü il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real
ifadədə 16,3% artaraq 3 206,5 milyon manat təşkil edib ki, onun da 71,8%-i
əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsi xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin
36,1%-i və ya 1 158,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, ötən il mobil operatorların gəlirləri əvvəlki illə müqayisədə
11% artıb. Belə ki, 2022-ci il ərzində mobil telefon rabitəsi sahəsində 1 042,7
milyon manat gəlir əldə edilib.