70a348a5-9f33-496f-aea0-fca6f94cee59..jpg

Ötən il özgə əmlakına vurulan 36 milyon manatdan çox zərərin ödənilməsi təmin olunub

Baxış sayı: 501 dəfə baxılıb.

Ötən il özgə əmlakına vurulan 36 milyon manatdan çox zərərin ödənilməsi təmin
olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il özgə əmlakına vurulan 36 milyon manatdan çox zərərin ödənilməsi təmin
olunub.

Bu barədə yanvarın 19-da Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya
qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat
verilib.

Bildirilib ki, hesabat ili ərzində istintaqı başa çatdırılan cinayət işləri
üzrə ümumilikdə özgə əmlakına vurulan 91 milyon manatdan çox maddi ziyandan 36
milyon manatdan çoxunun ödənilməsi təmin olunub. Zərərin ödənilməsi məqsədilə
istintaqı başa çatdırılan cinayət işləri üzrə 43 milyon manatdan çox məbləğində
əmlak üzərinə həbs qoyulması təmin olunub.

Bundan başqa, ötən dövrdə icraatına xitam verilən cinayət işləri üzrə özgə
əmlakına vurulan 13 milyon manatdan çox maddi ziyan tam olaraq ödənilib.

Source link