Ötən ilin ən dəbli məşhurları – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“The Cut” jurnalının moda müşahidəçiləri 2023-cü ilin ən dəbli məşhurlarının
adlarını açıqlayıb.
İllik siyahı nəşrin saytında dərc olunub.
Məlum olub ki, aktyorlar Timoti Şalame və Hyu Qrant, müğənnilər Harri Stayls
və Luis Migel, hüquqşünas Amal Kluni, dizayner Sabin Getti, rəssamlar Setsuko
Klossovska de Rola və Sindi Şerman, model Tali Lennoks, aktrisalar Hari Nef,
Mişel Yeo və Yara Şahidi, həmçinin beysbolçu Deyon Sanders, ifaçı “T.O.P” və
fenomen Emma Tinn daxil olmaqla 15 inflüenser arxada qalan ilin ən dəbliləri
seçiliblər.