Ötənilki auditdən sonra büdcəyə qaytarılan vəsait açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hesablama Palatası 2022-ci ilin iş planına uyğun olaraq keçirilmiş nəzarət
tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair təkliflərlə bağlı qalan 25,5
milyon manatın icrası ötən il davam etdirilib.
“Report” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
Milli Məclisin bugünkü iclasında palatanın 2023-cü ildə fəaliyyəti haqqında
hesabatının müzakirəsi zamanı deyib.
“Həmin məbləğin 17 milyon manatı üzrə hesabat dövründə tədbirlər həyata
keçirilib, o cümlədən 9,5 milyon manat bərpa olunub, 0,9 milyon manat müqavilə
məbləğindən azaldılıb, 6,6 milyon manat isə əvvəlki illərin öhdəliyinin
bağlanmasına yönəldilib.
Eyni zamanda, 2022-ci ildə maliyyə hesabatlarının auditi nəticəsində
aşkarlanmış 564,5 milyon manat əhəmiyyətli təhriflərin 254,7 milyon manatı üzrə
hesabat dövründə müvafiq düzəlişlər edilib. Bundan əlavə, əvvəlki illərin İş
Planları üzrə daha 1,3 milyon manatın müvafiq büdcələrə bərpası təmin edilib”,
– V.Gülməmmədov əlavə edib.