Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Otuz ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda “Qarabağ:
30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində
panel müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və
çətinliklər” Forumu çərçivəsində panel müzakirələrdə Şərqi Zəngəzur iqtisadi
rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna
olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
çıxış ediblər.
Tədbirdə, həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov
panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.
Müzakirələrdə xarici ekspertlərə Qarabağda aparılan bərpa və quruculuq işləri,
işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə
məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
12:30
Dekabrın 5-də 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə
Zəngilanda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər”
Forumu çərçivəsində panel müzakirə keçirilir.
AZƏRTAC xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya
İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə
təşkilatçılığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif
ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri
iştirak edirlər.
İşğaldan azad edilmiş müxtəlif ərazilər üzrə xüsusi nümayəndələrin çıxışları
ilə keçirilən ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış
edib.
Sonra panel ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya
İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə öz işinə başlayıb.