Oussama Əli Cammal: “İslamofobiya ilə mübarizədə təhsil çox vacibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İslamofobiya da daxil olmaqla vacib problemlərin həlli məqsədilə müsəlmanlar
yaşadıqları cəmiyyətlərdə fəal olmalıdırlar”.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş
katibi Oussama Əli Cammal Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə
islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın
plenar sessiyasında deyib.
Onun sözlərinə görə, islamofobiya ilə mübarizədə təhsil və maarifləndirmə çox
vacibdir:
“Bu məsələdə media da ictimai rəyin formalaşmasında xüsusi rol oynayır”.