03a0f859-31ea-45e8-b00d-839876dc55f3..jpg

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri saxlanılıb

Baxış sayı: 4. 573 dəfə baxılıb.

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən İsmayıllı sakinləri saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı
qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
verilən xəbərə görə, İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi
“Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama
qaydasında saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür
aşkarlanıb.

Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişini,
İsmayıllı rayon sakinləri – Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin
cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Source link