Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, ilk yarış günündə qrup mərhələsinin görüşləri keçirilib.
Oyan Nəzəriani (+90 kq) Serbiya təmsilçilərinə – Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Təmsilçimiz yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub.