Oyunda ürəyi dayanan amerikalı basketbolçu öldü – VİDEO

Oyunda ürəyi dayanan amerikalı basketbolçu öldü – VİDEO

Baxış sayı: 3. 257 dəfə baxılıb.

Bir neçə gün əvvəl oyun zamanı ürəyi dayanan ABŞ-ın “Qrand Rapids” klubunun basketbolçusu Zek Apşou xəstəxanada dünyasını dəyişib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Milli Basketbol Assosiyasiyasının (NBA) saytı məlumat verib.

Məlumata əsasən, həkimlərin səylərinə baxmayaraq, 26 yaşlı basketbolçunu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Qrand Rapids” – “Detroyt Pistons” matçı (G liqası) zamanı huşunu itirən Z.Apşou xəstəxanaya yerləşdirilmişdi.

S.T.
www.ÇıxışYolu.Com