060ff237-9938-4912-865d-a8e66970a119..jpg

Özəlləşdirilən daha bir müəssisə yenidən quruldu – FOTO

Baxış sayı: 673 dəfə baxılıb.

Özəlləşdirilən daha bir müəssisə yenidən quruldu – FOTO

İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən müəssisəyə 16 milyon manata
yaxın sərmayə yatırılıb, 90-a yaxın yeni iş yeri yaradılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının
özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin
artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə
tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur,
fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır.

Bu müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən
Neftçala rayonunda yerləşən “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə
Damazlıq Təsərrüfatıdır (əvvəlki S.Q.Kərimov adına Kür-Təcrübi Nərə
Balıqartırma Zavodu).

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub. KİV nümayəndələrinə
müəssisənin tarixi, istehsal prosesi, quraşdırılan yeni avadanlıqlar və tətbiq
olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, “S.Q.Kərimov adına
Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC üzrə elan edilən investisiya
müsabiqəsinin qalibi “Azerbaijan Fish Farm” MMC üzərinə bir sıra öhdəliklər
götürüb və artıq onların alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada
icrası başa çatdırılıb.

Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri
yaradılaraq, ümumilikdə işçilərin sayı 115-ə çatdırılıb. İnvestor tərəfindən
müəssisədəki 34 nohur tam yenidən qurulub, yeni hovuzlar quraşdırılıb, su
təchizat sistemi yenilənib, ərazi abadlaşdırılıb.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı ölkələr
arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi
əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı yaradılıb.

Müəssisənin yenidən qurulması qida sənayesinin inkişafına xidmət göstərməklə
yanaşı, əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinə də
şərait yaradır. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı,
xarici ölkələrə icrac edilir.

Qeyd edək ki, “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq
Təsərrüfatı 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir. Neftçala rayonunun
Yenikənd kəndində yerləşən əsas təsərrüfatın ümumi sahəsi 58,6 hektardır.
Təsərrüfat nohurlardan, qapalı su çevrəsi su təchizatı sistemindən və müxtəlif
hidrotexniki qurğulardan, su çökdürücü sistemlərdən ibarətdir. Hollandiyanın
“HESY Aquaculture B.V.” şirkəti tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi
müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun
tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir.

Source link