Özəlləşdirmədə 250 mindən çox səhm alınıb

Özəlləşdirmədə 250 mindən çox səhm alınıb

Baxış sayı: 2. 473 dəfə baxılıb.

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində ümumilikdə 300 mindən artıq iş yeri yaradılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, özəlləşdirmə nəticəsində 250 mindən çox səhmdar səhm sahibi olub, 1,2 milyondan artıq vətəndaşımız özəlləşdirmədən faydalanıb.

R.Cəlilov bildirib ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 mlrd. manat artıb, çoxlu çeşiddə yeni, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsulların istehsalı təşkil edilib:

“Bu nailiyyətlərin əldə olunmasında dövlətin hərtərəfli dəstəyi xüsusi əhəmiyyət kəsb edir”.

.
www.ÇıxışYolu.Com