Özəlləşdirmədən büdcəyə daxilolmalar açıqlandı

Özəlləşdirmədən büdcəyə daxilolmalar açıqlandı

Baxış sayı: 2. 347 dəfə baxılıb.

Cari ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 52 hərrac keçirilib. 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib və sahələr üzrə təhlillər aparılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib. 

Qeyd edib ki, dövlət mülkiyyətində olan, özəlləşdirilməsi nəzərdə tutulmuş qeyri-profil müəssisə və obyektlərin inventarlaşdırılmasının və qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib.

İlin ilk üç ayında 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

İnvestisiya müsabiqələri vasitəsilə bu günədək özəlləşdirilmiş müəssisələr üzrə dövlət büdcəsinə 67 mln. manat vəsaitin daxil olması təmin edilib.  Eləcə də 1,1 milyard ABŞ dolları həcmində investisiya qoyuluşları həyata keçirilib, 17 min 257 yeni iş yeri yaradılıb. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 10 müəssisə haqqında bütün məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib.

.
www.ÇıxışYolu.Com