window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
Bakıda gənc çalışdığı mağazanın seyfindəki pulları oğurlamağa çalışıb.
Bu haqda ÇıxışYolu.Com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət əməli aprelin 30-da 08:00 radələrində “OBA” marketlər şəbəkələrindən birində törədilib.
26 yaşlı Zeynallı Nicat Abuzər oğlu Azadlıq prospekti 108 ünvanında fəaliyyət göstərən marketə daxil olaraq, ülgüclə 27 yaşlı Quliyeva Fatimə Bəhram qızını hədələyib və ondan mağazanın seyfini açmasını tələb edib.
Qız soyğunçunun tələbini yerinə yetirib. Cinayətkar seyfdən 2400 manat götürdükdən sonra hadisə yerindən qaçsa da, tezliklə 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakt üzrə quldurluq maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, saxlanılan şəxs elə həmin mağazada çalışıb.
Qeyd edək ki, “OBA” mağazalarında tez-tez ərzaq məhsullarının və pulların oğurlanması faktı qeydə alınır.
Ramella İbrahimxəlilova