Öz maşınını parçalayıb satdı, polisə oğurlandığını dedi

Öz maşınını parçalayıb satdı, polisə oğurlandığını dedi

Baxış sayı: 4. 793 dəfə baxılıb.

Öz maşınını parçalayıb satdı, polisə oğurlandığını dedi

Maşın qaçırılmayıb, hissələrə bölünüb satılıb. 

Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!