Öz qızı ilə evlənən amerikalı həbs edildi

Baxış sayı: 2. 874 dəfə baxılıb.

Öz qızı ilə evlənən amerikalı həbs edildi

ABŞ-ın Nebraska ştatında öz qızına evlənən Trevis Fildqrouva hökm oxunub. Bu barədə Omaha World-Herald məlumat yayıb.

2018-ci ilin payızında 40 yaşlı Trevisin öz doğma qızı, 21 yaşlı Samanta Kerşner ilə görüşməsi, oktyabr ayında isə rəsmən evlənməsi barədə məlumat yayılıb.

Trevis qızının anasından illər öncə boşanıb və o qızı ilə evlənməzdən 3 il öncə tanış olub. Trevis və Samanta bir-birlərinə qarşı doğmalıq  deyil, sevgi hissləri duyduqlarını bildirərək evlənməyə qərar veriblər. Ən qəribəsi isə Samantanın məhkəmədə verdiyi açıqlama olub. O Trevisi bacısı ilə bəhsə girərək ələ aldığını söyləyib.

DNT testi onların arasındakı qan qohumluğunu təsdiq edib. Trevis və Samanta insest hadisəsinə görə həbs ediliblər və hər birinə iki il həbs cəzası verilib. Bu müddət ərzində onların görüşməsi yasaqlanıb.

Bu ABŞ-da ailəiçi qalmaqallı evliliklərə görə ilk həbs cəzası deyil. 2010-cu ildə oğlu ilə evlənib boşanan ana, 2018-ci ildə isə qızı ilə evlənməyə cəhd edən qadın həbs olunub.