Özbəkistan, İran və Türkiyədən keçəcək yeni nəqliyyat dəhlizi yaradılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin bu
yaxınlarda keçirilən iclasında imzalanmış protokol
“Özbəkistan-Türkmənistan-İran-Türkiyə” marşrutu ilə Asiya və Avropa arasında
beynəlxalq multimodal dəhlizin formalaşdırılmasına həsr olunub.
Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xüsusilə, sənəddə Asiya-Sakit okean regionu ölkələrindən Özbəkistan,
Türkmənistan, İran, Türkiyə əraziləri vasitəsilə Avropa İttifaqı ölkələrinə
yükdaşımaların təşkili, rəqabətli tarif dərəcələrinin tətbiqi, dəmir yolları
ilə yüklərin daşınması üçün əlverişli şəraitin yaradılması, eləcə də marşrut
üzrə yükdaşımaların təşkili zamanı normativ və texniki standartların
unifikasiyası üzrə tədbirlərin birgə işlənib hazırlanması nəzərdə tutulur.
Bununla yanaşı, İƏT ölkələrinin nəqliyyat nazirlərinin iclasında Səmərqənd
aeroportuna İƏT ölkələrinin aviasiya qovşağı statusu verilib.
Mənbə: gazeta.uz