f6b1705e-928f-4d4f-b333-b7374c36d253..jpg

Özbəkistan naziri: “SPECA ölkələri yeni əməkdaşlıq mexanizmləri müəyyən etməlidir”

Baxış sayı: 677 dəfə baxılıb.

Özbəkistan naziri: “SPECA ölkələri yeni əməkdaşlıq mexanizmləri müəyyən
etməlidir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı) ölkələri yeni əməkdaşlıq üsulları və mexanizmləri müəyyən etməlidir”.

“Report” xəbər verir ki, bunu Özbəkistanın iqtisadiyyat və maliyyə naziri, baş
nazirin müavini Cəmşid Kuçkarov bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər
Şurasının 18-ci sessiyasında deyib.

“Azərbaycan proqram iştirakçısı olaraq bu il mühüm təşəbbüslərlə çıxış edib,
tərəfdaşlığın genişləndirilməsi üçün mühüm tədbirlər görüb. Bu günə kimi SPECA
böyük yol qət edib. Regional tərəfdaşlığın gücləndirilməsində, Dayanıqlı
İnkişaf Məqsədlərinin icrasında mühüm nailiyyətlər əldə edilib. BMT-nin Avropa
İqtisadi Komissiyasının dəstəyi ilə SPECA ölkələri ticarət, nəqliyyat,
energetika, su resursları, innovasiyalar, texnologiyalar, ekologiya və gender
bərabərliyi sahəsində birgə proqramlar həyata keçirib.

Bütün bunları qeyri-sabit geosiyasi vəziyyətə, ticarət, nəqliyyat və logistika
zəncirinin pozulmasına, investisiya və texnologiyalara məhdud çıxışa, iqlim
dəyişikliyi və digər problemlərə baxmayaraq həyata keçirməyimiz olduqca
əhəmiyyətlidir. Bununla belə biz SPECA olaraq yeni əməkdaşlıq üsulları və
mexanizmləri müəyyən etmək istiqamətində iş aparmalıyıq. Bu, proqramının əsas
məqsədlərinə və vəzifələrinə xidmət edir”, – deyə C.Kuçkarov qeyd edib.

Source link