80b81ef1-4955-4d92-a242-c15c3a6564e6..jpg

Özbəkistan nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – FOTO

Baxış sayı: 450 dəfə baxılıb.

Özbəkistan nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin
Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi
nümayəndə heyəti yanvarın 24-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri,
müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, həmçinin ulu öndərin ömür-gün yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı
üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini
ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Eyni zamanda, “Əbədi
məşəl” abidəsi ziyarət olunub, özünə gül dəstəsi qoyulub.

Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara
Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə
məlumat verilib.

Source link