ff729f48-d58b-4259-95fd-9a03612f4428..jpg

Özbəkistan Prezidenti ABŞ-də səfərdədir – FOTO

Baxış sayı: 621 dəfə baxılıb.

Özbəkistan Prezidenti ABŞ-də səfərdədir – FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar
sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə gəlib.

Bu barədə Özbəkistan dövlət başçısının saytında bildirilib.

Məlumata görə, Ş.Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar
sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək. O, çıxışı zamanı
regional, habelə qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim
edəcək.

Beynəlxalq siyasi tədbir çərçivəsində Mərkəzi Asiya ölkələri və ABŞ
liderlərinin sammiti, xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq
təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra
ikitərəfli görüşlərin keçiriləcəyi də gözlənilir.

Mənbə: President.uz

Source link