Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşını güllələyərək öldürüblər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, aprelin 7-də Qırğızıstan Respublikasının Calal-Abad vilayətinin Mamay Aksıysk rayonu ərazisində Özbəkistan hərbi qulluqçuları öz ölkəsinin ərazisində olan qırğız vətəndaşı – Kuruluş kəndinin sakini 1984-cü il təvəllüdlü F.M-ə atəş açıblar.
Aldığı yaradan . Kerben şəhər xəstəxanasında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.