b9002289-5511-4baf-be5b-485dbb9c1a3a..jpg

Özbəkistan şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar – FOTO

Baxış sayı: 474 dəfə baxılıb.

Özbəkistan şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar –
FOTO

Özbəkistanın “Artel Engineering and Management” MMC-nin nümayəndələri iyulun
31-də Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.

İZİA-dan verilən məlumata görə, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye
zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti,
investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının və “Artel
Engineering and Management” MMC-nin fəaliyyətini əks etdirən təqdimatlar
nümayiş etdirilib.

Görüş çərçivəsində Azərbaycanda mövcud sənaye parklarında məişət texnikası,
liftlər və alüminium profillərin istehsalı sahəsində birgə layihələrin həyata
keçirilməsi imkanları müzakirə edilib.

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye
Parkının rezidenti “STP” MMC-nin Ağır maşınqayırma və Elektrik avadanlıqları
zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

Qeyd edək ki, artel Mərkəzi Asiyada məişət texnikası və elektronika istehsalı
üzrə liderdir. Şirkət 2011-ci ildə qaz sobalarının istehsalı ilə fəaliyyətə
başlayıb. Bu gün şirkət tərəfindən 20-dən çox çeşiddə məhsulların – məişət
texnikası, o cümlədən kondisionerlər, mikrodalğalı sobalar, mini sobalar, qaz
və elektrik sobaları, televizorlar, soyuducular, mobil telefonlar,
quraşdırılmış məişət texnikası, tozsoran, kiçik məişət texnikası və s.
istehsalı həyata keçirilir.

Source link