Özbəkistanın İnformasiya texnologiyaları və kommunikasiya nazirliyi Səmərqəndin STV telekanalının yayımını dayandırıb.
ÇıxışYolu.Com xəbər verir ki, həmçinin Daşkəndin “Sevimli” telekanalına ciddi xəbərdarlıq edilib. Telekanal bir neçə dövlət qanununu pozmaqda ittiham edilir.
Sözügedən kanalların monitorinqi zamanı məlum olub ki, onlar zorakılıq və mənəviyyatsızlığı təbliğ edən, həmçinin milli mentalitetə zidd və gənclərin mənəvi tərbiyəsinə zərbə vuran film və klipləri yayımlayıblar.