Özbəkistanın Surxandərya vilayətinin Baysun rayonunda avtomobil qəzası nəticəsində yeddi insan həlak olub, daha üç nəfər yaralanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu dağ rayonunda “Nexia” markalı minik maşınının sürücüsü idarəetməni itirərək əks yola çıxıb və digər “Nexia” maşını ilə toqquşub.
Özbəkistanın Daxili İşlər Nazirliyinin əməkdaşları hadisənin səbəblərini araşdırır.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com