Özbəkistanda keçmiş baş prokuror həbs olunub

Özbəkistanda keçmiş baş prokuror həbs olunub

Baxış sayı: 5. 259 dəfə baxılıb.

Özbəkistanın keçmiş baş prokuroru Rəşid Kadırov həbs olunub.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Azadlıq radiosu Özbəkistan hökumətindən olan mənbələrə istinadən məlumat yayıb.

Rəşid Kadırov fevralın 22- həbs olunub və hazırda Daşkəndin müstəntiqləri tərəfindən dindirilir.

Anonimliyinin qorunması şərtilə açıqlama verən mənbə, fevralın 22-də daha 2 baş prokurorluq əməkdaşının həbs olunduğunu bildirib.  

Onların Kadırovun vəzifəyə gəldiyi vaxtdan bəri prokurorluqda çalışdığı qeyd olunur.

Özbəkistan baş prokurorluğunu mətbuat xidməti həbslərlə bağlı məlumatları nə təkzib nə də təsdiq edib.

Rəşid Kadırov   keçmiş prezident İslam Kərimovun böyük qız, 2014-cü ildən bəri həbsdə olan Gülnarə Kərimovanın fəaliyyəti ilə bağlı istintaq fonunda 2015-ci ilin aprelində vəzifədən kənarlaşdırılıb.

Rəşid Kadırova qarşı “dövlət əmlakının iri məbləğdə talan olunması və xarici bankların vasitəsi ilə çirkli pulların yuyulması” maddəsi ilə cinayət işi açılıb.

www.ÇıxışYolu.Com