Özbəkistanda məktəbli qızların bakirəliyi yoxlanılır

Özbəkistanda məktəbli qızların bakirəliyi yoxlanılır

Baxış sayı: 2. 002 dəfə baxılıb.

Özbəkistanın Əndican şəhərinin məktəblərində kütləvi şəkildə qız şagirdlərin bakirəliyi yoxlanılır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Özbəkistan xidməti, məktəblərdən birinin direktoruna istinadən məlumat yayıb.

Mənbə bildirib ki, həkimlər məktəblərə bir-bir baş çəkərək, bütün qız şagirdləri USM müayinədən keçirir. Prosedura görə şagirdlərin hər birindən üç min özbək sumu yığılır.

Kütləvi müayinələrə, həkimə müraciət edən 13 yaşlı qızın hamiləliyin 18-ci həftəsində olmasının aşkarlanması yola açıb. 

Məlum olub ki, yeniyetməni Rusiyada işləyən 60 yaşlı xalası əri zorlayıb. Həmin şəxsə qarşı Özbəkistanın CM-nin 118-ci maddəsi üzrə (“Zorlama”) cinayət işi açılıb. Təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə onu 20 ilə qədər həbs cəzası gözləyir.

.
www.ÇıxışYolu.Com