0f3bbb8a-9813-4867-8075-26104ead30dd.jpg

Özbəkistanda parlament seçkisi keçirilir

Baxış sayı: 176 dəfə baxılıb.

Özbəkistanda parlamentin qanunvericilik (aşağı) palatasına və yerli xalq
deputatları şuralarına seçki keçirilir.

Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, seçki qabaqcıl demokratik standartlara
uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında təşkil olunub.

Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən
namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir.

Bundan əlavə, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi
əksəriyyətinin səsini almaq kifayətdir. Namizəd seçki dairəsi üzrə digər
namizədlərdən daha çox səs topladıqda, seçilmiş sayılır və təkrar səsverməyə
ehtiyac yoxdur.

Seçki ilk dəfədir ki, qarışıq seçki sistemindən – majoritar və proporsional
sistemlə keçirilir. 150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə
seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında, qalan 75-i isə
siyasi partiyalara verilən səslərin sayına mütənasib olaraq partiya siyahıları
üzrə seçiləcək.

MSK-nın məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli
sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi
qeydə alınıb. Yalnız siyasi partiyaların namizəd irəli sürmək hüququ var.

Seçkidə 1 000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir.

Source link