Özbəkistanda yeni təbii qaz ehtiyatları aşkar edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Özbəkistanda yeni qaz ehtiyatları aşkar olunub, əlavə olaraq 4,4 milyard
kubmetr mavi yanacaq istehsal edilib.
Bu açıqlama ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib.
“Son illər geoloji tədqiqatların dərinliyi iki-üç kilometrdən dörd-beş
kilometrə çatdırılıb. Nəticədə yeni qaz ehtiyatları aşkar olunub və əlavə
olaraq bu xammalın 4,4 milyard kubmetri hasil edilib”, – deyə Özbəkistan
prezidenti əlavə edib.
O əlavə edib ki, yeni qaz ehtiyatlarının axtarışına beynəlxalq konsaltinq
şirkəti də cəlb olunub və bunun sayəsində bir çox perspektivli sahələri müəyyən
etmək mümkün olub.
Mənbə: Sputnik Özbəkistan