aaeea852-d4c9-4b7b-b092-f19571bfb83a..jpg

Özbəkistanın nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub – FOTO

Baxış sayı: 490 dəfə baxılıb.

Özbəkistanın nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında olub – FOTO

Özbəkistanın Baş naziri Abdulla Aripovun başçılıq etdiyi rəsmi nümayəndə
heyəti Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində Ələt
Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh
Ələsgərov görüş iştirakçılarına ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal
qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə
hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, mühəndis-kommunikasiya
sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, maliyyə və qeyri-maliyyə
imtiyazlar paketi haqqında geniş məlumat verib.

Sonda nümayəndə heyətinin üzvləri ƏAİZ-də investorlar üçün yaradılmış
əlverişli şəraitlə tanış olub.

Source link