b1be6455-aef2-4944-9d15-61d31e560e8b..jpg

Özbəkistanın populyar “Sevimli TV” telekanalında Bakı haqqında veriliş nümayiş olunub – FOTO

Baxış sayı: 509 dəfə baxılıb.

Özbəkistanın populyar “Sevimli TV” telekanalında Bakı haqqında veriliş nümayiş
olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi
ilə “Heydər Əliyev ili” və Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY tərəfindən Türk
Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar Özbəkistan
mətbuatının nümayəndələrinin Azərbaycana mediaturu təşkil olunub.

Bu barədə mərkəzdən bildirilib.

Mediatur çərçivəsində Özbəkistanın “Sevimli TV” telekanalı tərəfindən şəhərin
əsas ziyarət mərkəzlərindən olan Dağüstü Park, Hərbi Qənimətlər Parkı,
Azərbaycan Milli Xalça Muzeyi və Dənizkənarı Milli Park haqqında televiziya
verilişi hazırlanıb.

Kanalın aparıcısı Niqora Elmuradova ilk olaraq tamaşaçıları Dağüstü Parkla
tanış edərək vurğulayıb ki, bura Azərbaycan paytaxtının ən hündür nöqtəsidir və
buradan şəhərin özünə və Xəzər dənizinə, Dənizkənarı Bulvara gözəl mənzərə
açılır.

Jurnalist sonra çəkilişləri Hərbi Qənimətlər Parkında davam etdirərək, 44
günlük Vətən müharibəsi haqqında məlumat verib. Qeyd olunub ki, burada
Azərbaycan xalqının öz ata-baba torpaqlarını Ermənistanın işğalından azad
edilməsi şərəfinə xatirə park-kompleksi yaradılıb. Parkda Vətən müharibəsi
nəticəsində düşməndən hərbi qənimət kimi götürülmüş ağır texnika, tanklar,
döyüş maşınları, artilleriya qurğuları və s. eksponatlar sərgilənir.

Daha sonra Azərbaycan Milli Xalça Muzeyini ziyarət edən yaradıcı heyət
sözügedən muzeylə bağlı reportaj hazırlayıb. Burada qeyd olunub ki, xüsusi
memarlıq üslubunda tikilmiş Milli Xalça Muzeyi müasir Bakının ən tanınmış
memarlıq simvollarından biridir və xarici turistlərin ziyarət etdiyi məkanlar
arasında ilk yerlərdən birini tutur. Burada o da vurğulanıb ki, muzeyin
Azərbaycanda qədim xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində xüsusi
rolu var.

Muzeyin əməkdaşları tərəfindən verilən məlumatda Milli Xalça Muzeyində 6
000-dən çox eksponat toplanıb, bu da Azərbaycan xalçalarından ibarət dünyanın
ən böyük kolleksiyasıdır. Burada sərgilənən nümunələrin əksəriyyəti XVII-XX
əsrlərə aiddir və müxtəlif üslub, məktəblərin xalçalarını təmsil edir.

Dənizkənarı Bulvarda aparılan çəkilişlər zamanı aparıcı azərbaycanlıların
həyat tərzindən, Bakının müasir memarlığından, şəhərin maraqlı küçələrindən,
ləzzətli mətbəximizdən, xalqımızın qonaqpərvərliyindən danışıb, həmçinin
paytaxt sakinləri və turistlərlə söhbət edib.

Source link