e2191509-030e-4ad4-a50b-899e26830b76..jpg

Özbaşına fərdi ev tikən fiziki şəxslər 500 manatadək cərimələnəcəklər

Baxış sayı: 732 dəfə baxılıb.

Özbaşına fərdi ev tikən fiziki şəxslər 500 manatadək cərimələnəcəklər

Azərbaycanda özbaşına tikinti işlərinin aparılmasına görə cəzaların
sərtləşdirilməsinə dair layihə I oxunuşda qəbul edilib.

“Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 395.1-ci
bəndinə təklif olunan dəyişiklik layihəsi parlamentin bugünkü iclasında
müzakirəyə çıxarılıb.

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti
Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti
obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək
məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi
şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə ediləcəklər.

Məcəllənin hazırkı bəndi isə belədir:

“Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən
edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə
görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500
manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək
məbləğdə cərimə edilirlər”.

Source link