1c665301-85f1-40df-bef9-d5a4c23651b4..jpg

Özcan Deniz təhdid olundu: “Ölməyə layiqsən…” – FOTO

Baxış sayı: 881 dəfə baxılıb.

Özcan Deniz təhdid olundu: “Ölməyə layiqsən…” – FOTO

Məşhur türkiyəli sənətçi Özcan Deniz ölümlə təhdid olunub.

Özcan Deniz yeni evləndiyi həyat yoldaşı Samar Dadgar ilə birlikdə yaşadığı
Sarıyerdəki villasının ev sahibi ilə mübahisə edib.

Belə ki, villanın bağbanı gözlənilmədən onların qapısını döyərək müğənnidən
avtomobilini bağçanın qarşısından çəkməsini istəyib.

Ev sahibinin bağçada kanalizasiya quyusu qazmaq istədiyini öyrənən Özcan Deniz
etiraz edib. Ona bu barədə öncədən məlumat verməli olduqlarını bildirib və
maşını çəkməyəcəyini deyib.

Bu zaman ev sahibi onun yanına gələrək təhdid etməyə başlayıb. Nəticədə
mübahisə alovlanıb.

Ev sahibi əsəbiləşib və sənətçini öldürəcəyi ilə təhdid edib.

“Ölməyə layiqsən, gedib maşınımdan silahımı götürəcəyəm, sən də get silahını
götür”, – deyə o, müğənniyə hədə-qorxu gəlib.

Bu əsnada Özcan Denizin həyat yoldaşı evin pəncərəsindən telefonunu göstərib
və baş verənləri lentə aldığını deyib. Bunu görən ev sahibi silahını götürmək
fikrindən daşınıb və mübahisəni davam etdirib.

Özcan Dəniz və həyat yoldaşı hüquq-mühafizə orqanlarına ev sahibi haqqında
şikayət ərizəsi veriblər. Məşhur sənətçi açıqlamasında ölümlə təhdid
edildiyini, ailəsinin və özünün həyatının təhlükədə olduğunu bildirib.

Samar Dadgar da ifadəsində əlavə edib ki, əgər telefonu göstərməsəydi, ev
sahibi silahını gətirəcəkdi.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: “Sabah”

Source link