“Arsenal”ın məşhur türk futbolçusu Məsud Özil və həyat yoldaşı, “Türkiyə gözəli” Aminə Gülşə yeni biznes qurub.
“Posta” xəbər verir ki, cütlük iyunun 7-də baş tutan dəbdəbəli toylarından əvvəl İngiltərənin “Citizen Cosmetick Limited” kosmetika firması ilə müqavilə imzalayıb.
Daha əvvəl qəhvə markası çıxaran və öz adına uyğun “M10” loqolu geyim brendi istehsal edən Məsud xanımını da biznesə qoşub. Cütlük hazırladığı markanı məşhurlaşdırmaq üçün adlı-sanlı modelyerlərlə əməkdaşlığa başlayıb.
Onlar musiqi, reklam və film istehsalı kimi sahələrə də qol qoymağa hazırlaşır. Biznesdən gələn gəlir cütlüyün ortaq hesabına yatırılacaq. Pulun müəyyən hissəsi isə müxtəlif yardım fondlarına köçürüləcək.
Qeyd edək ki, altı il öncə 47 milyon avroya “Real”dan (Madrid) “Arsenal”a transfer olunan M.Özil həftəlik 350 min funt sterlinq gəlir əldə edir.
Məsud Özil biznesə qatılan ilk futbolçu deyil. Dünya şöhrətli futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriyanın özünün adını daşıyan geyim və ətriyyat markası var. Vikki ərinin dəstəyi ilə bu yaxınlarda şəxsi kosmetika brendini yaratmağa hazırlaşır.
Rəşad Əliyev