3f762a94-8741-49a2-b625-e31ac1105281..jpg

Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşın hökmləri ləğv edildi

Baxış sayı: 714 dəfə baxılıb.

Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşın hökmləri ləğv edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Apellyasiya Məhkəməsində Şəmkirdə iki qadına qarşı dələduzluq və
quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və
ögey bacısı Gülnar Həşimzadənin barəsindəki hökmdən verilən apellyasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi
ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm ləğv olunaraq birinci instansiya məhkəməsinə yeni baxışa
göndərilib.

İttihama görə, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 181-ci
(quldurluq) maddələri ilə təqsirli biliniblər.

Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı
boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci
ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi
təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan
və Gəncədə fəaliyyət göstərən iki qadınla əlaqə saxlayaraq onlarla münasibət
qurublar.

Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin
inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq
qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini
yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün
gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.

Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənani Misirova 9 il 6 ay, Gülnar
Həşimzadəyə isə 9 il həbs cəzası verilib.

Source link