59f3fcef-b186-4788-bb3c-38efd5ea2061.jpg

Özünü dövlət qurumunun əməkdaşı kimi tanıdan şəxs həbs edildi

Baxış sayı: 190 dəfə baxılıb.

Qadına qarşı dələduzluq edən şəxs saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlər zamanı dələduzluq etməkdə şübhəli bilinən,
əvvəllər də analoji əmələ görə məhkum olunan 33 yaşlı Nurlan Əhmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Lənkəran sakini olan bir nəfər
qadına özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və müavinət
düzəltmək adı ilə 1 025 manat pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

N.Əhmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu
barədə polis orqanlarına məlumat verə bilərlər.

Source link