Özünü “Ertoğrul”a bənzədən, 10 ildən sonra tərk edilən post, döyülən şagirdlər
– YEKUN + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daha bir ili başa vururuq. Yeni il yeni arzular, təzə qayğılar, köhnə il isə
12 ayın yekunu deməkdir.
Bu il cəmiyyətin müxtəlif sferalarında olduğu kimi, təhsil sahəsində də
müxtəlif yaddaqalan, əlamətdar, bəzən də neqativ hadisələr baş verdi: elm və
təhsil nazirinə yeni müavinlər təyin olundular, eləcə də bəzi ali məktəblər
yeni rəhbərlərə tapşırıldı, Qarabağ Universitetinin yaradılması ilə bağlı
sərəncam verildi, özünü “Ertoğrul”a bənzədən direktorla tanış olduq, bəzi orta
məktəb direktorları işdən azad edildilər, təəssüf ki, müəllim zorakılığına
məruz qalan və döyülən şagirdlər də oldu.
Cixisyolu.com 2023-cü ildə təhsil sahəsində baş verən əsas hadisələri təqdim edir:
Yanvarın 16-da Masallı şəhər 1 nömrəli tam orta məktəbdə qız sinif yoldaşı ilə
mübahisə edib və özünü üçüncü mərtəbənin pəncərəsindən atıb. Xoşbəxtlikdən, sağ
qalıb.
Yanvar ayında Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta
məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində də dava
düşüb.
Röya Ayxanın və Seymur Talıbovun ali təhsil qalmaqalı…
Həmin ay Xalq artisti Röya Ayxanın və Naxçıvan Ali Məclisinin keçmiş sədri
Vasif Talıbovun oğlu Seymur Talıbovun qeyri-qanuni şəkildə Bakı Dövlət
Universitetində ali təhsil ocağına qəbul olunmalarıxəbəri
BDU-dan bildirilib ki, universitetin məzunları arasında Röyalə Nəcəfova adlı
şəxs yoxdur.
Universitetdən, həmçinin qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə
qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.
Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, Seymur Vasif oğlu Talıbov da
müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə keçmiş Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının keçirdiyi test imtahanında iştirak edib, ödənişli əsaslarla Bakı
Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Qeyd edim ki,
həmin il keçid balı 419 bal olub.
Yeni təyinatlar
İlin ilk ayının son günü Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən
Həsənli
O, 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil
Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Mayın 24-də elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Mətin Kərimli
Pul tələb edən müəllim, yaşanan insidentlər
İlin ikinci ayında belə bir xəbər yayıldı ki, 49 nömrəli “İntellekt”
məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin
valideyn qrupuna səs ataraqpul
“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri
vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət
olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbdə müvafiq
araşdırma aparıldı.
Nəticədə məktəb-liseyin direktoru Təhminə Əsədovaya Əmək Məcəlləsinin 186-cı
maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli
töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər
görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə
alınmaqla əmək müqaviləsinəxitam
Bildirilib ki, müəllimlərlə bağlı da qanunauyğun tədbirlər görülüb.
Görünən odur ki, direktor hadisədən dərs çıxarmayıb. Çünki bir müddət sonra
məktəbin direktoruTəhminə Əsədovanın
xanədanlıq quraraq qohumlarını təhsil ocağına işə düzəltməsi, eyni zamanda, pul
qarşılığında şagird yerini satması barədə iddialar səsləndi. Bildirildi ki,
nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Bir müddət sonra T.Əsədovanın vəzifəsinə son verilsə də, bu barədə məlumat
mətbuatda yayılmayıb.
Bu il Biləsuvar, Şəmkir və bir neçə digər regionda da məktəb direktorları ilə
müəllimlər arasında insidentlər baş verib.
Fevralın son günü Abşeron rayonunda yeddi yaşlı qızın şiddətə məruz qalması
xəbəri yayılıb.
Uşağın bədənindəki qançır
müəllimlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalarla məlum
olub ki, onun anası erkən yaşında vəfat edib. Qadının iki azyaşlı övladı qalıb.
Ata ikinci dəfə ailə qurub. Şagird də şiddəti elə ailədə görüb…
“Qalxın, Ertoğrul bəy gəlir”…
Novruz bayramı ərəfəsində Bakı şəhərində fəaliyyət göstərən 124 saylı məktəbdə
keçirilən mərasimdə direktorAdil Əliyevin
qırmızı rəngli xalat geyinərək, başına kral tacı qoymasına dair görüntülər
yayıldı.
Belə ki, direktor məktəbin akt zalına daxil olan zaman şagirdlər sıraya
düzülüblər.
Onun müavinləri isə şagirdlərə: “Qalxın, Ertoğrul bəy gəlir”, – deyə göstəriş
veriblər…
Xatırladaq ki, “Ertoğrul” obrazı “TRT 1” telekanalında yayımlanan “Diriliş
Ertoğrul” serialındandır.
Orta təhsili olmayan direktor müavini
Mart ayının sonu daha bir məktəbdə insident baş verib.
Belə ki, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə
direktor Almaz Həsrət qapıları bağlatdırıb, təsərrüfat işləri üzrə müavininin
içəri daxil olmasına icazə verməyib.
Məktəbdən bildirilib ki, sosial şəbəkədə bununla bağlı yayılan videogörüntülər
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş
təsərrüfat müdiri İsmət Yusifova tərəfindənçəkilib
“İşdən azad edilməsinə baxmayaraq, həmin şəxs davamlı olaraq zorla məktəbə
daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə
də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı
hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əslində, bu məktəbdə direktor və müavin arasında mübahisə 2022-ci ildən olub.
Çünki İ.Yusifovanın orta təhsilinin belə olmaması ilə bağlı xəbərlər
yayılmışdı və müzakirələrə səbəb olmuşdu.
Məktəbin direktoru Almaz Həsrət iddia etmişdi ki, o, İsmət Yusifovanı
vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla
bağlı heç bir addımatmır
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, işəgötürmə də, işdən
azadetmə də direktorun səlahiyyətindədir…
Külli miqdarda rüşvət
İlin ortasında Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi
Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyinti olub.
Sektorun mühasibinin 150 min manat
yol verdiyi bildirilib.
Belə ki, analıq və əmək məzuniyyətinə çıxanların ödənişləri, eləcə də,
əvəzçilik pulları az hesablanaraq mənimsənilib.
Qarabağ Regional Təhsil İdarəsi məlumatı təsdiqləyib və məsələ barədə idarə
tərəfindən Baş Prokurorluğa müraciət edildiyini bildirib.
Bilikləri yoxlanan müəllimlər
İyunun 20-23-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin
sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilib. İmtahan
ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.
Bütün ölkə üzrə iyunun 20-23-də 20 000-ə yaxın təhsilverən ibtidai sinif,
iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni
üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlbolunub
Ümumilikdə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə 28 000-dən
çox təhsilverən dəvət olunub.
Müəllimlərin təkrar sertifikatlaşdırmasından kəsilən 147 nəfər isə sonradan
təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
100-ə yaxın müəllim sertifikatlaşdırmanın müsahibə mərhələsindən kəsilib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayında daha 31 min müəllimin sertifikasiya
imtahanı verəcəyi gözlənilir.
Yeni rektor, direktorlar
Bu ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən,
Bakı Mühəndislik Universiteti ilə Sumqayıt Dövlət Universitetinin rektorları
dəyişdiriliblər
Belə ki, sərəncamla Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin
rektoru vəzifəsindən azad edilib. Onun yerinə Yaqub Maksim oğlu Piriyev rektor
təyin olunub.
Digər sərəncamla Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin
rektoru vəzifəsindən azad edilib. Rüfət Eyvaz oğlu Əzizov isə SDU-nun rektoru
təyin olunub.
Bu ilin oktyabrında 2022-ci ildə İlham Əliyevin fərmanına əsasən Elm və Təhsil
Nazirliyi yanında yaradılan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktorların təyinatı
olub.
Belə ki, oktyabrın 2-də elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı
müvafiq əmr iləEşqi Bağırov
Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin
direktoru,Ülkər Səttarova
üzrə Dövlət Agentliyinin direktorları təyin olunublar.
Eyni zamanda, oktyabrın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri
Mehriban Vəliyeva
Eşqi Bağırova müavin təyin olunub.
Hazırda M.Vəliyeva BŞTİ-nin də müdiri vəzifəsini yerinə yetirir.
Oktyabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini
Anar İbrahimovElxan Nəcəfovun
Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam
imzalayıb.
Bu vəzifə avqust ayından boş idi. Çünki həmin vaxt Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə
Heyran Əhmədova
təhsil nazirinin müavini vəzifəsindən azad edilmişdi.
Artıq Qarabağda məktəblər fəaliyyətə başlayıb. Bir sıra məktəblər açılsa da,
bərpa-quruculuq işləri gedən rayonlarda da yeni məktəblər tikir.
Noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışı baş tutub.
Bildirilib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir.
Burada hər biri 24 nəfərlik 40 sinif otağı, iki fizika, iki kimya, iki
biologiya, iki texnologiya, iki informatika otağı, STEAM mərkəzi, kitabxana,
oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri,
yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş
otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri
yardımçı binaların inşası yekunlaşıb.
Şagirdə qarşı şiddət gizlədilib?
Noyabrın 27-də Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən 89 nömrəli
tam orta məktəbdə şagirdin zorakılığa məruz qalması ilə bağlı xəbərlər yayıldı.
Yeddinci sinif şagirdinin anası qızının xəsarət izləri olan fotosunu yayıb və
iddia edib ki, övladı məktəbin ayaqyolundazorakılıqla
Təlim-tərbiyə işləri üzrə direktor müavinləri – Nuranə Hüseynova, Svetlana
Əliyeva və Aygün Bağırova and-aman etdilər ki, heç kim zorakılıq göstərməyib.
Təbii ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Arzulardan reallığa: Qarabağ Universiteti
İlin ən möhtəşəm xəbəri isə Prezident İlham Əliyevin Qarabağ Universitetinin
Noyabrın 28-də imzalanan sərəncamla Qarabağ Universiteti Xankəndidə yaradılır.
Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə də
bildirib ki, 2024-cü ildən Xankəndidəki Qarabağ Universitetində 800-1 000
tələbənin təhsil almasıplanlaşdırılır
Universitetdə müəllimlik, informasiya texnologiyaları, beynəlxalq ticarət və
logistika, beynəlxalq münasibətlər fakültələri tədris olunacaq. Növbəti
mərhələlərdəixtisas
nəzərdə tutulur.
Nazir əlavə edib ki, planlardan biri elmi-tədqiqat fəaliyyətinin Qarabağ
Universitetində təşkil edilməsidir.
Yeni struktur bölmələr, kənarda qalanlar
Bu ilin təhsil sahəsində yaddaqalan məqamlardan biri də dekabrın 8-də ETN
aparatındastruktur
Belə ki, nazirliyin aparatında şöbə və sektorlar yenidən adlandırılıb, yeni
şöbələr yaradılıb.
Yeni struktur bölmələr Məktəbəqədər və Ümumi Təhsil Siyasəti, Elm və Ali
Təhsil Siyasəti, Peşə Təhsili Siyasəti, Uşaq və Gənclərin İnkişafı Siyasəti,
İctimaiyyətlə Əlaqələr və Kommunikasiya, Strateji Planlaşdırma və İcraya
Nəzarət şöbələri, Satınalmalar və Qrantlar Sektorudur.
Həmçinin, nazirliyin aparatında mövcud olan Beynəlxalq Əməkdaşlıq, Maliyyə,
Təhsilin İqtisadiyyatı, Vətəndaşlara Xidmət və Sənədlərlə İş, Hüquq, İnsan
resursları, Daxili nəzarət və Audit şöbələri də fəaliyyətlərini davam
etdirəcəklər.
Struktur dəyişikliyindən sonra Ümumi və Məktəbəqədər Təhsilin Təşkili və
İdarəolunması, Məktəbdənkənar Fəaliyyətin Təşkili və Təhsilin İnkişafı
Proqramları şöbələri ləğv edilib.
Bununla yanaşı, Elnur Qəzənfər oğlu Əliyev nazirin müşaviri təyin edilib.
Elnur Əliyev eyni zamanda Təhsil İnstitutunun direktoru vəzifəsini də icra
edəcək.
Nazirin müvafiq əmri ilə Elvin Rüstəmov Aparat rəhbərinin müavini təyin olunub.
Aparılan vəzifə dəyişikliklərinə əsasən, Məktəbəqədər və Ümumi Təhsil Siyasəti
Şöbəsinə Vəfa Yaqublu, Elm və Ali Təhsil Siyasəti Şöbəsinə Turxan Süleyman,
Uşaq və Gənclərin İnkişafı Siyasəti Şöbəsinə Elnur Əliyev, Beynəlxalq
Əməkdaşlıq Şöbəsinə Simuzər Feyzullayeva, İctimaiyyətlə Əlaqələr və
Kommunikasiya Şöbəsinə isə Səbuhi Rzayev müdir təyin olunublar. Strateji
Planlaşdırma və İcraya Nəzarət Şöbəsinin müdir səlahiyyətlərinin icrası isə
Strateji Planlaşdırma və Koordinasiya Sektorunun müdiri Leyla Xəlilova
Rzazadəyə həvalə olunub.
Maliyyə Şöbəsinin müdiri Rauf Orucov, Təhsilin İqtisadiyyatı Şöbəsinin müdiri
Kənan Kərimzadə, Vətəndaşlara Xidmət və Sənədlərlə İş Şöbəsinin müdiri Rəşad
Xanlarov, Hüquq Şöbəsinin müdiri Səbuhi Mahmudov, Daxili Nəzarət Şöbəsinin
müdiri Gündüz Əbdülov, Audit Şöbəsinin müdiri isə Vaqif Məmmədovdur.
Aparılan dəyişiklik zamanı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr
Sektorunun müdiriCəsarət Valehov
strukturda yer almayıb.
O, 2013-cü ildən nazirlikdə fəaliyyət göstərirdi və üç nazirlə işləmək şansı
olub.
İlin sonuna doğru Emin Əmrullayevə daha bir müavin təyinatı baş tutub.
Belə ki, dekabrın 25-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Elm və
Təhsil Nazirliyinin Təhsilin İqtisadiyyatı Şöbəsinin müdiriKənan Kərimzadə
Son günlər məktəblilərin qızılcaya yoluxması halları artıb. Hətta bu
xəstəlikdən dünyasını dəyişənlər var…
İlhamə Əbülfət