Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının
vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə özünü
qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü
il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cixisyolu.com-a verilən məlumata
görə, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini
guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik
göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ
keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi
olmadığı məlum olub.
E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına
müraciət edə bilərlər.