9823f872-0151-4974-b8dc-a019fe0d3c60..jpg

Özünü riskə atan Röya həyatını sığortalayır

Baxış sayı: 951 dəfə baxılıb.

Özünü riskə atan Röya həyatını sığortalayır

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

Olay.az yazır ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo
konsertində riskli performans göstərməyi planlaşdırması olub.

Röya Bakı Konqres Mərkəzində baş tutacaq tədbirlərində həyati təhlükəsi olan
xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb. Həftələrdir
hazırlıq prosesi davam edən Xalq artisti bunları nəzərə alaraq həyatını
sığortalatmaq niyyətinə düşüb.

Qeyd edək ki, 27-28-29 yanvar tarixlərində keçiriləcək solo konsertin
rejissoru Ranar Musayevdir.

Source link