9b615a5a-1d51-4839-86ca-e92f91a7b232.jpg

Özünü TV rəhbəri kimi təqdim edən şəxs HƏBS EDİLDİ

Baxış sayı: 258 dəfə baxılıb.

Tovuz rayonunda ayrı-ayrı şəxsləri şantaj edən şəxs rayon polis şöbəsinin
əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, özünü “İnkişaf TV”nin təsisçi və baş direktoru
kimi təqdim edən Nahid Babayev barəsində daxil olan şikayətlər üzrə araşdırma
aparılıb.

O, barələrində neqativ məlumatları “İnkişaf TV”nin sosial kanal və
platformalarında yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə
pul tələb edib.

Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanaraq N.Babayev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri
seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Source link