Özünü vəzifəli şəxsi kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin vətəndaşları işə düzəldəcəyi adı
altında aldadıb onlayn ödəniş sistemlərindən istifadə etməklə onların pul
vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.
DİN-dən verilən məlumata görə, keçirilmiş əməliyyat-texniki tədbirlər
nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Həsənov Anar Alıhəsən
oğlu saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırmalarla müəyyən olunub ki, A.Həsənov tanış olduğu şəxslərə özünü
müxtəlif dövlət qurumlarının vəzifəli şəxsi kimi təqdim edərək onlarda özünə
qarşı inam yaradıb. Sonrakı müddətdə isə həmin şəxsləri dövlət qurumlarında
işlə təmin edəcəyi adı altında aldadaraq 50-dən artıq zərərçəkənin pulunu ələ
keçirib.
Aşkar edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa
polisə müraciət edə bilərlər.