c8c7c7ec-ceb1-4be5-9296-80b0c7ca4322..jpg

Pərəstişkarının Aleyna Tilkiyə icazəsiz gül göndərməsi məhkəmədə cinsi təcavüz hesab edildi – FOTO

Baxış sayı: 489 dəfə baxılıb.

Pərəstişkarının Aleyna Tilkiyə icazəsiz gül göndərməsi məhkəmədə cinsi təcavüz
hesab edildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur müğənnisi Aleyna Tilkinin İstanbul şəhərindəki evinin
hasarından aşaraq həyətə daxil olan, ona güllər, həmçinin təhdid mesajları
göndərən Muhammed Erkam məhkəməyə çıxarılıb. Hakimin verdiyi qərar isə hər kəsi
təəccübləndirib. Belə ki, məhkəmə onun Aleyna Tilkinin razılığı olmadan hədiyyə
göndərməsini cinsi təcavüz kimi qiymətləndirib.

Müttəhim özünü müdafiə edərkən Aleyna Tilki ilə sosial şəbəkədə tanış olduğunu
iddia edib. Onun sözlərinə görə, musiqiçi onu istedadlı hesab etdiyi üçün
şou-biznes aləminə çıxarmaq istəyib. Erkam həmçinin Aleynanın ondan istədiyi
üçün evinə gül göndərdiyini vurğulayıb.

Bundan sonra ekspertizadan Erkamın psixi cəhətdən sağlam olduğu barədə hesabat
daxil olub.

Məhkəmə təqsirləndirilən şəxsin gülləri müğənninin iş ünvanına deyil, şəxsi
yaşadığı ünvana göndərdiyini, bunu isə qarşılıqlı bəyənmə hissi olmadan həyata
keçirdiyini vurğulayıb və bu addımı cinsi təcavüz cinayəti kimi qəbul edib.

Beləliklə, Muhammed Erkam Aleyna Tilkiyə qarşı cinsi təcavüzə görə 3,320 lirə
cərimələnib və yaşayış toxunulmazlığını pozduğu üçün bir il üç ay müddətinə
azadlıqdan məhrum edilib.

Mənbə: A Haber

Source link