Pərvin Abıyeva: “Kənan MM “Təhminə” filmini çəkə bilməz”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim “Təhminə” obrazıdır. Özümü
“Təhminə” obrazında görürəm. Onu qınamıram”.
Olay.az yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva verilişlərin birində deyib.
Sənətçi Anar Ağakişiyevin: “Sən o filmi yenidən ərsəyə gətir, rejissor da
olsun Kənan MM”, – ifadələrinə diqqətçəkən cavab verib:
“Məncə, Kənan MM “Təhminə” filmini çəkə bilməz. O filmin çox böyük
məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il
bundan öncə “Təhminə və Zaur” serialı çəkildi. O obraza məni dəvət etdilər,
getmədim. Çünki yaxşı alınmayacağını bilirdim.
O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu
çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və
məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər
sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm”, – deyə Abıyeva
bildirib.