Pərvin Abıyeva: “Qurana əl vurmağa qorxuram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aktrisa Pərvin Abıyeva öz sosial şəbəkə hesabında canlı yayım zamanı maraqlı
fikirlər səsləndirib.
Lent.az-ın xəbərinə görə, aktrisa Qurana əl vurmağa qorxduğunu deyib.
“Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb
oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir.
Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir.
Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə Quranı
oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım?”
– deyə o bildirib.
Müğənni dediklərinin saxta din adamlarına aid olduğunu bildirib.
“Dediklərim, bir az da indiki saxta hacılara aiddir. Həccə gedib, başqası ilə
gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb
müğənniləri. Gözümlə şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisi var, eyni
masada otururlar”.