70eedc1f-0ef4-40d7-97fb-41b695d1cb74..jpg

Pərvin Abıyevanın Azərbaycandan çıxışına qadağa qoyulacaq?

Baxış sayı: 592 dəfə baxılıb.

Pərvin Abıyevanın Azərbaycandan çıxışına qadağa qoyulacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktrisa Pərvin Abıyevanın ölkədən çıxışına qadağa qoyula bilər.

Lent.az-ın məlumatına görə, aktrisanın fərdi sahibkar kimi dövlət büdcəsinə
vergi borcu yaranıb.

Borc ödənmədiyi üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla
İş üzrə Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Dövlət qurumu məhkəməyə müraciətində borc ödənmədiyi halda aktrisanın
Azərbaycandan çıxışına qadağa qoyulmasını tələb edib.

İş üzrə məhkəmə baxışı dekabrın 14-də keçiriləcək.

Source link