Pərviz Bülbülə: “Meyxana ikiüzlülükdür” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Əlində mikrofon varsa, meyxana deyirsənsə, orada birüzlülükdən əsər-əlamət
ola bilməz”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində meyxanaçı Pərviz Bülbülə
deyib.
Onun sözlərinə görə, meyxana deyən adamın obraza girməyi normaldır:
“Təzə başlayanda mimika ilə, müəyyən hərəkətlərlə meyxana deyirdim. Bu, bəzi
meyxanaçıların xoşuna gəlmirdi. Sonra həmin adamlar dövlətdən ad almaq üçün
çalışdılar”.
P.Bülbülə həbsdə olan meyxanaçı Rəşad Dağlı barədə də danışıb.
“Bir meyxanaçı dedi ki, Rəşaddan sonra mənim üçün meyxana yoxdur. Cavab verdim
ki, belədirsə, mikrofonu yerə qoy, nə toylara get, nə də pul qazan”, – deyə
meyxanaçı söyləyib.
Ətraflı süjetdə: